I Divizion klublarının hamısı Premyer Liqada iştirak üçün müraciət edib

I Divizion klublarının hamısı Premyer Liqada iştirak üçün müraciət edib Futbol üzrə Azərbaycan I Divizionunda çıxış edən bütün klublar növbəti mövsüm Premyer Liqada iştirak üçün müraciət edib
Futbol
10 Noyabr , 2021 09:47
I Divizion klublarının hamısı Premyer Liqada iştirak üçün müraciət edib
Elçin Məmmədov

Futbol üzrə Azərbaycan I Divizionundakı bütün klublar növbəti mövsüm Premyer Liqada iştirak üçün müraciət edib.

Bu barədə "Report"a AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov məlumat verib.

Onun sözlərinə görə, MOİK, "Qaradağ Lökbatan", "Kəpəz", "Zaqatala" və "Turan Tovuz" 2022/2023 mövsümündə əsas liqada oynamaq niyyətindədirlər: "Biz artıq klublarla iclas keçirərək, onlara yeni qaydaları izah etmişik. Bundan sonra klublarla görüşlərimiz olacaq. Sənədlər, infrastruktur və digər meyarlara yerində baxış olacaq. Daha sonra klublar sənədləri toplayacaqlar. Onlara bildirmişik ki, hansısa sualları olsa, müvafiq ekspertə və ya birbaşa mənə müraciət edə bilərlər. Biz də əlimizdən gələni edəcəyik ki, Lisenziyalaşdırma Komissiyasının iclasından əvvəl onların sənədləri mümküm qədər yaxşı səviyyədə toplansın".

Qeyd edək ki, 2021/2022 mövsümündə I Diviziondan "Kəpəz”, “Turan Tovuz”, “Qaradağ Lökbatan” və “Zaqatala” Premyer Liqada iştirak üçün müraciət etsə də, heç biri müsbət cavab almayıb. MOİK isə Premyer Liqada iştirakdan imtina edib. Bundan başqa, "Səbail" və "Qəbələ" avrokuboklar üçün lisenziya ala bilməyib.

Son xəbərlər

Orphus sistemi