Futbol üzrə Azərbaycan Kubokunda yeni mövsüm bu gün başlayacaq

Futbol üzrə Azərbaycan Kubokunda yeni mövsüm bu gün başlayacaq Bu gün futbol üzrə Azərbaycan Kubokunda yeni mövsümə start veriləcək.
Futbol
12 Oktyabr , 2024 09:50
Futbol üzrə Azərbaycan Kubokunda yeni mövsüm bu gün başlayacaq

Bu gün futbol üzrə Azərbaycan Kubokunda yeni mövsümə start veriləcək.

"Report"un məlumatına görə, ilk olaraq I təsnifat mərhələsinin iki oyunu baş tutacaq.

II Liqa təmsilçilərindən “Şahdağ Qusar”la “Kür-Araz” üz-üzə gələcəklər. Şamaxı Olimpiya İdman Kompleksinin stadionundakı matç saat 14:00-da start götürəcək.

Günün digər qarşılaşmasında “Şəfa” – “Saatlı-Araz” kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər. "ASK Arena"dakı oyun saat 16:30-da başlayacaq.

Azərbaycan Kuboku

I təsnifat mərhələsi

12 oktyabr

14:00. “Şahdağ Qusar” – “Kür-Araz”

Hakimlər: İslam Məmmədov, Elmin Süleymanov, Mirnihat Seyidov, Rəsul Babayev.

Hakim-inspektor: Ceyhun Haşımov.

Şamaxı Olimpiya İdman Kompleksinin stadionu.

16:30. “Şəfa” – “Saatlı-Araz”

Hakimlər: Rövşən Rəcəbov, Rasim Axundov, Nurlan Əhmədzadə, Maqsud Şamıyev.

Hakim-inspektor: Gülağa Cabarov.

"ASK Arena".

Qeyd edək ki, I təsnifat mərhələsinin digər matçları 13-14 oktyabrda gerçəkləşəcək.

Son xəbərlər

Orphus sistemi