Fransa Futbol Federasiyası Zinəddin Zidanla rəsmi danışıqlara başlayıb
Futbol
- 19 yanvar, 2026
- 11:57
Fransa Futbol Federasiyası (FFF) DÇ-2026-dan sonra Zinəddin Zidanın milli komandanın baş məşqçi postuna təyin olunması üçün addımlar atıb.
"Report" xəbər verir ki, bu barədə ölkənin nüfuzlu "Lequipe" nəşri məlumat yayıb.
FFF artıq 53 yaşlı mütəxəssislə rəsmi danışıqlara start verib. Daha əvvəl hazırkı baş məşqçi Didye Deşamın DÇ-2026-dan sonra postundan ayrılacağı açıqlanıb.
Zidanın İspaniyanın "Real" klubuna mümkün qayıdışı ilə bağlı vaxtaşırı şayiələr yayılsa da, mövcud vəziyyət onun karyerası üçün fərqli istiqamətə işarə edir.
Qeyd edək ki, Zinəddin Zidan 2016-2018 və 2019-2021-ci illər aralığında "Real"da işləyib. Madrid təmsilçisi onun rəhbərliyi altında iki dəfə La Liqanı, üç dəfə UEFA Çempionlar Liqasını qazanıb.
Son xəbərlər
01:13
"Axios": ABŞ Yaxın Şərqə 50-dən çox qırıcı təyyarə yerləşdirib
Digər ölkələr00:57
Video
Qərbi Azərbaycan Xronikası: "Ermənilər bura 1828-1829-cu illərdə İrandan köçürülüb"
Daxili siyasət00:36
Peru parlamenti yeni prezidenti fevralın 18-də seçəcək
Digər ölkələr00:14
Ermənistandakı Aİ Monitorinq Missiyasına yeni rəhbər təyin edilib
Region00:04
Zelenski: Ukrayna xalqı işğal olunmuş ərazilərin Rusiyada qalmasına razılıq verməyəcək
Digər ölkələr23:59
Pezeşkian: Sosial bərabərsizliklə barışmaq qəbuledilməzdir
Region23:48
Zelenski: Rusiya danışıqlar günü belə Ukraynaya hücum edir
Digər ölkələr23:40
UEFA Çempionlar Liqası: "Qalatasaray" "Yuventus"u darmadağın edib
Futbol23:24