Dmitri Nazarov: “Azərbaycan millisində vurduğum qollar karyeramın ən maraqlı məqamları olub”

Dmitri Nazarov: “Azərbaycan millisində vurduğum qollar karyeramın ən maraqlı məqamları olub” “Azərbaycan millisinin heyətində Manuel Noyer və Canluici Buffonun qapısından keçirdiyim qol karyeramın ən maraqlı məqamları olub”.
Futbol
19 İyul , 2023 11:03
Dmitri Nazarov: “Azərbaycan millisində vurduğum qollar karyeramın ən maraqlı məqamları olub”

“Azərbaycan millisinin heyətində Manuel Noyer və Canluici Buffonun qapısından keçirdiyim qollar karyeramın ən maraqlı məqamları olub”.

“Report”un məlumatına görə, bunu Azərbaycan yığmasının sabiq futbolçusu Dmitri Nazarov Almaniya mətbuatına açıqlamasında deyib.

33 yaşlı yarımmüdafiəçi AVRO-2016-nın seçmə mərhələsində İtaliyaya (1:3) və DÇ-2018-in seçmə mərhələsində Almaniyaya (1:4) qarşı keçirilən oyunları xüsusi xatırlayıb: “Almaniyada yaşadığım üçün 2017-ci ildə bu ölkənin yığmasına qarşı oyunumuzu bütün qohumlarım, dostlarım izləyirdilər. Almaniya millisi həmin vaxt çox uğurlu idi, dünya çempionu kimi çıxış edirdi və bir müddət idi qol buraxmırdı. Həm Almaniya, həm də İtaliya ilə görüşdə qol vurmağım böyük təcrübə oldu”.

Nazarov evində forma kolleksiyası olduğunu bildirib: “Oynadığım hər ölkədən evimdə bir forma var. Ən çox formanı Azərbaycan millisinin heyətində çıxış edərkən əldə etmişəm. Canluici Buffon, Luka Modriç, İvan Rakitiç və Tomas Müllerin formaları çərçivəyə salınıb”.

Qeyd edək ki, Dmitri Nazarov 2014-2022-ci illərdə Azərbaycan millisinin heyətində 45 oyun keçirib, 7 qol vurub.

Son xəbərlər

Orphus sistemi