"Çelsi"dən ayrılan məşqçi Mançester klubunu çalışdıra bilər
Futbol
- 01 yanvar, 2026
- 18:42
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərənin "Çelsi" klubunun sabiq baş məşqçisi Entso Mareska Premyer Liqanın digər təmsilçisi "Mançester Siti"ni çalışdıra bilər.
"Report" "The Athletic"ə istinadən məlumatına görə, 45 yaşlı italiyalı mütəxəssis London klubundan ayrılmazdan əvvəl Mançester təmsilçisi ilə danışıqlar aparıb.
E. Mareska bu gün "Çelsi"nin baş məşqçi postundan rəsmən ayrılıb. Komanda onun rəhbərliyi altında UEFA Konfrans Liqası və klublararası dünya çempionatının qalibi olub.
Qeyd edək ki, "Çelsi" 19 turdan sonra 30 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 40 xala malik "Mançester Siti" isə ikinci yerdədir.
Son xəbərlər
03:43
Diyarbəkirdə yol-nəqliyyat hadisəsi baş verib, 2 nəfər ölüb, 12 nəfər yaralanıb
Region
03:41
"Bloomberg": ABŞ NATO-dan Ukrayna üçün silahlara daha çox vəsait tələb edəcək
Digər ölkələr
03:17
Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında Azərbaycanın ilk qızıl medalçısı Bakıya qayıdıb
Fərdi
03:00
Böyük Britaniyadan olan ər-arvad Mərakeşdəki hoteldə həyatını itirib
Digər ölkələr
02:32
Kamışevaxaya endirilən zərbə nəticəsində ölənlərin sayı 26-ya çatıb - Yenilənib-2
Digər ölkələr
02:22
Tramp neftin ucuzlaşmasını İranla mümkün sülhlə əlaqələndirib
Digər ölkələr
01:57
ÜST Efiopiyanın şimalında səhiyyə sisteminin çökmə təhlükəsi barədə xəbərdarlıq edib
Digər ölkələr
01:21
Cey Di Vens ABŞ-İran danışıqlarında irəliləyiş olduğunu bildirib - Əlavə olunub
Digər ölkələr
01:16
İranın Qeşm adasında partlayış səsləri eşidilib
Region