Cahangir Fərəcullayev: "Hər şeyə sıfırdan başlamalıyıq, infrastruktur olmadan uşaq futbolu inkişaf etməyəcək"

Cahangir Fərəcullayev: "Hər şeyə sıfırdan başlamalıyıq, infrastruktur olmadan uşaq futbolu inkişaf etməyəcək" Hazırkı durumda hər şeyə sıfırdan başlamalıyıq. Uşaq futbolu yaralı yerimizdir. Bunu da bilməliyik ki, infrastruktur olmadan uşaq futbolu inkişaf etməyəcək.
Futbol
11 aprel 2025 11:07
Cahangir Fərəcullayev: Hər şeyə sıfırdan başlamalıyıq, infrastruktur olmadan uşaq futbolu inkişaf etməyəcək
Cahangir Fərəcullayev

AFFA uşaq futbolunu inkişaf etdirmək üçün hər şeyə sıfırdan başlamağı və infrastrukturu yaxşılaşdırmağı nəzərdə tutub.

"Report"un məlumatına görə, bunu baş katib Cahangir Fərəcullayev milli assosiasiyanın Hesabat Konfransında deyib.

O, AFFA-nın oyunçu yetişdirməklə bağlı klublara dəstək olacağını söyləyib:

"Hazırkı durumda hər şeyə sıfırdan başlamalıyıq. Uşaq futbolu yaralı yerimizdir. Bunu da bilməliyik ki, infrastruktur olmadan uşaq futbolu inkişaf etməyəcək. Sıfırdan ev tikməliyik. Düzgün bünövrə təhsildən başlayır. Müqayisə üçün deyim ki, 10 milyon əhalisi olan ölkədə cəmi 7 təlimçi var. Müxtəlif kateqoriyada məşqçi bazamız da artmalıdır. Gənc yaşda futbolçuların da bu sahədən uzaqlaşması problemlərimizdən biridir. Uşaq və gənclər futbol liqalarında islahatlar üzərində çalışacağıq. Futbol akademiyalarında klublar da yardımçı olmalıdır. İnfrastruktur baxımından da sıxıntılarımız var".

C.Fərəcullayev hakimlərlə bağlı problemin olduğunu da etiraf edib:

"Ölkə futbolunda səviyyəli hakimlər də azdır. Onları da yetişdirməliyik".

Son xəbərlər

Orphus sistemi