Braziliyalı futbolçu oyun zamanı huşunu itirib

Futbol
  • 19 avqust, 2024
  • 02:06
Braziliyalı futbolçu oyun zamanı huşunu itirib

"San Paulu" klubunun müdafiəçisi Patrik Braziliya çempionatında "Palmeyras"la oyunda huşunu itirib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ilk hissənin əvvəlində baş verib.

21 yaşlı Patrik "Palmeyras"ın oyunçusu ilə toqquşub, qazona yıxılıb və huşunu itirib.

Futbolçu xəstəxanaya çatdırılıb, həkimlər ona lazımi kömək göstəriblər.

Qeyd edək ki, görüş 2:1 hesabı ilə "Palmeyras"ın xeyrinə başa çatıb.

Son xəbərlər

Bütün Xəbər Lenti