Belçika çempionatının oyunu azarkeşlərə görə yarımçıq dayandırılıb
Futbol
- 11 aprel, 2022
- 05:57
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Belçika çempionatının XXXIV turunda keçirilən "Yunion" - "Beersxot" oyunu yarımçıq dayandırılıb.
"Report"un məlumatına görə, buna qonaq komandanın bir neçə azarkeşinin meydana girməsi səbəb olub.
Fanatlar 84-cü dəqiqədə meydana giriblər. Polis hadisəyə müdaxilə etsə də, görüşün baş hakimi futbolçuların təhlükəsizliyinin təmin olunmadığını əsas gətirərək qarşılaşmanın dayandırılmasına qərar verib.
Həmin vaxt matçda hesab açılmayıb. Qarşılaşma ilə bağlı qərarı yerli federasiya verəcək.
Qeyd edək ki, "Yunion" 33 oyundan sonra 74 xalla turnir cədvəlinə başçılıq edir. Komanda əsas rəqibi "Brügge"ni iki xal qabaqlayır. 16 xalla sonuncu sırada olan "Beersxot" isə aşağı liqaya düşüb.
Son xəbərlər
16:00
DİM: Universitetlərə ödənişli əsaslarla qəbul olan 1870 tələbə dövlət hesabına təhsil alacaq
Elm və təhsil15:57
Daniel Karvahal "Xetafe"yə keçməyə yaxındır
Futbol15:55
Prezident: Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətlərinə iqlimlə bağlı 10 milyon dollar yardım göstərir
Xarici siyasət15:55
Foto
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalanıb
Energetika15:54
"Azercell"in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
İKT15:52
İlham Əliyev: Kiçik ada dövlətlərini müdafiə etmək ümumi mənəvi borcumuzdur
Xarici siyasət15:49
Nazir: "Azərbaycan və Böyük Britaniya gələcək əməkdaşlıq məqsədi ilə işçi qruplar yarada bilər"
Energetika15:46
Azərbaycan Avropa və Çin operatorlarını Bakı limanının inkişafına cəlb etmək niyyətindədir
İnfrastruktur15:46