Bakı "İnter"inin kapitanı: "Bir adam yoxdur ki, ona etirazımızı bildirək"

Bakı "İnter"inin kapitanı: "Bir adam yoxdur ki, ona etirazımızı bildirək" Səlahət Ağayev: "Kimsə getsə, ondan səbəbini soruşan olmayacaq"
Futbol
9 Noyabr , 2015 19:17
Bakı İnterinin kapitanı: Bir adam yoxdur ki, ona etirazımızı bildirək

Bakı. 9 noyabr. REPORT.AZ/ "Avropa Liqasında iki mərhələ adlamağımız qarşılığında nəzərdə tutulan mükafat hələ də verilməyib". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı "İnter"inin qapıçısı Səlahət Ağayev deyib.

24 yaşlı kapitan bildirib ki, klub prezidenti Georgi Nikolovdan komandaya heç bir dəstək verilmir: "Nikolovdan bir klub prezidenti kimi dayaq görmürük. Bir kimsə yoxdur ki, irəli çıxsın. Bilirik ki, Azərbaycan Beynəlxalq Bankı az da olsa, klubumuzu maliyyələşdirir. Sağ olsunlar".

Ağayev sərfəli təklif olacağı halda, komandadan gedəcəyini istisna etməyib: "Bilirsiniz ki, yayda mənə təkliflər olmuşdu. "İnter"in yetirməsi kimi qalası oldum. Amma belə getsə, heç kimi qınamaq olmaz. Kimsə getsə, ondan "Niyə getdin?" deyə soruşan olmayacaq. Bir adam yoxdur ki, ona etirazımızı bildirək. Kimə bildirək? Komanda şəklində toplantımız çox olub. Oyundan əvvəl demişdik ki, maaşımızı verməsələr, "Qəbələ" ilə oyuna çıxmayacağıq. Amma elə oldu ki, maaşlar verildi. Əvvəllər aybaay maaş verirdilər. İndi isə əmək haqqı ödənişi 50 günədək çəkdi".

Qeyd edək ki, "İnter" bu mövsüm Avropa Liqasında III təsnifat mərhələsinədək irəliləyib. Azərbaycan Premyer Liqasında isə klub 12 oyundan 20 xalla 4-cü pillədə qərarlaşıb. 

Son xəbərlər

Orphus sistemi