Azərbaycanın U-21 millisi Avropa çempionatının seçmə mərhələsində növbəti matçını keçirəcək
Futbol
- 09 sentyabr, 2025
- 09:15
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti matçını keçirəcək.
"Report" xəbər verir ki, komanda Bakıda Bolqarıstan yığmasını qəbul edəcək.
"Liv Bona Dea Arena"da saat 18:00-da start götürəcək qarşılaşmanı albaniyalı FIFA referisi Florian Lata idarə edəcək.
U-21-i meydana baş məşqçi Ayxan Abbasovun köməkçisi Elnur Çodarov çıxaracaq.
Hazırda B qrupunda Portuqaliya millisi 3 xalla liderdir. Eyni xala malik Bolqarıstan ikinci, Çexiya üçüncüdür. Xal hesabını aça bilmıəyən kollektivlərdən Şotlandiya dördüncü, Cəbəllütariq beşinci, Azərbaycan millisi altıncı pillədə qərarlaşıb.
Qeyd edək ki, U-21 seçmə mərhələdəki ilk görüşdə Portuqaliya yığmasına 0:5 hesabı ilə məğlub olub.
Son xəbərlər
00:25
Paşinyan: "Tramp marşrutu" Orta Dəhlizin vacib tərkib hissəsinə çevrilə bilər
Region23:54
Zelenski ABŞ və Aİ-ni Ukraynada seçkilərin təhlükəsizliyini təmin etməyə çağırıb - YENİLƏNİB
Digər ölkələr23:45
Biləsuvar sakini Albaniyada bədbəxt hadisənin qurbanı olub
Hadisə23:35
ABŞ-nin Energetika Nazirliyi 2025-2026-cı illərdə Azərbaycanın neft hasilatı ilə bağlı proqnozunu dəyişməyib
Energetika23:22
ABŞ Energetika Nazirliyi 2025-ci ildə "Brent"in qiymət proqnozunu bir barel üçün 68,91 dollara qaldırıb
Energetika23:07
KİV: HƏMAS yalnız Fələstin dövlətinin yaradılması şərtilə tərk-silah olmağa razıdır
Digər ölkələr22:49
Qubada zəlzələ olub
Hadisə22:47
Rimas Kurtinaytis: "Razıyam ki, "Sabah"ın Çempionlar Liqasındakı ilk qələbəsi gecikdi"
Komanda22:41