Azərbaycanın U-19 yığması seçmə mərhələni xalsız başa vurub
- 27 sentyabr, 2022
- 15:51
Yeniliklərdən dərhal xəbərdar olun!
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində çıxışını başa vurub.
"Report"un məlumatına görə, Miloş Velebitin baş məşqçi olduğu kollektiv 2-ci qrupdadakı sonuncu oyununda Lüksemburq yığması ilə qarşılaşıb.
Bolqarıstanın Albena şəhərindəki eyniadlı arenada oynanılan qarşılaşma rəqibin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 7-ci dəqiqədə penaltidən Leon Elşan vurub.
Beləliklə, qrupda keçirdiyi bütün oyunları uduzan Azərbaycan milli komandası seçmə mərhələdə xal qazana bilməyib.
Qrupun digər matçında Türkiyə yığması səfərdə Bolqarıstanla heç-heçə edib - 1:1. Bu nəticələrdən sonra 5 xalı olan "ay-ulduzlular" qrup lideri, eyni xala malik Lüksemburq isə ikinci yerin sahibi kimi növbəti mərhələyə adlayıb.