Azərbaycanda daha bir oyun qara görə təxirə salına bilər

Azərbaycanda daha bir oyun qara görə təxirə salına bilər Futbol üzrə Azərbaycan I Divizionunun daha bir qarşılaşması təxirə salına bilər
Futbol
154
18 Fevral , 2021 10:01
Azərbaycanda daha bir oyun qara görə təxirə salına bilər

Futbol üzrə Azərbaycan I Divizionunun daha bir qarşılaşması təxirə salına bilər. XIII turun bu günə planlaşdırılan "Kəpəz" - "Qaradağ Lökbatan" görüşünün Gəncəyə güclü qar yağması səbəbindən təyin olunan vaxtda başlaması sual altına düşüb.

"Kəpəz"in Mətbuat xidmətinin rəhbəri Azad Mustafayev "Report"a açıqlamasında bildirib ki, hazırda qar dayanıb və texniki heyət ot örtüyünün durumu haqqında maraqlanır: "Texniki heyətlə birlikdə müşahidə aparmışıq. Gecə saat 1-2 arası don olub. Qar örtüyü donub. Yumşaq olsa, təmizləmək asandır. Hələ ki, görüşün taleyi ilə bağlı nə isə demək mümkün deyil. Matç saat 14:00-da başlamalıdır. Ola bilər ki, gün çıxar və qar əriyəndən sonra nə isə etmək olar. Amma indidən nəsə demək mümkün deyil".

Mustafayev hələ qar örtüyünü təmizləməyə başlamadıqlarını vurğulayıb: "Hazırda qar elə donub ki, təmizləmək üçün xüsusi vasitə və texnika lazımdır. Özümüzdə olan avadanlıqlarla nə isə etsək, meydanı zədələyə bilərik. Qış olsa da, ot örtüyü yaxşı durumdadır".

Qeyd edək ki, fevralın 17-də XIII turun "Tovuz Turan" - "Sumqayıt -2" görüşü 51-ci dəqiqədən sonra eyni səbəbə görə dayandırılıb. Qarşılaşma bu gün saat 12:30-da qaldığı yerdən davam etdirəcələk.

Son xəbərlər

Orphus sistemi