Azərbaycanda 60 metrlik məsafədən qol vurulub - VİDEO
Futbol
- 25 fevral, 2016
- 10:02
Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycanda futbol matçı zamanı 60 metrlik məsafədən qol vurulub. "Report"un məlumatına görə, qeyri-adi qol I Divizionda XV turun "Şəmkir" - "Şahdağ" matçında qeydə alınıb.
54-cü dəqiqədə Qusar komandasının futbolçusu Şahin Məmmədov mərkəz xəttindən də uzaq məsafədən cərimə zərbəsini yerinə yetirib. Birbaşa qapıya yönələn topu "Şəmkir"in qapıçısı Ravil Məmmədov irəli çıxaraq tutmaq istəsə də, buna nail ola bilməyib. Nəticədə top qapı qarşısında yerə düşərək, tora daxil olub.
Qeyd edək ki, "Şahdağ"ın ilk qolu da uzaq məsafədən vurulub. 40-cı dəqiqədə Yasin Yaqubzadənin 25-30 metrlik məsafədən zərbəsindən sonra Ravil Məmmədov topu dəf edə bilməyib. Görüş isə 2:2 hesablı heç-heçə ilə nəticələnib.
Azərbaycanda 60 metrlik məsafədən qol vurulub - VİDEO
Son xəbərlər
17:37
"International Leasing" nizamnamə kapitalını 2 dəfə artırır
Maliyyə17:33
Xankəndidə növbəti əmək yarmarkası keçiriləcək
Sosial müdafiə17:30
Tibo Kurtua Belçika millisindəki karyerasını müvəqqəti dayandırıb
Futbol17:29
Azərbaycan-İsrail Hökumətlərarası Komissiyasının növbəti iclası gələn il keçiriləcək
Biznes17:29
Azərbaycan "China Energy" ilə "yaşıl enerji" layihələrini müzakirə edib
Energetika17:27
İsmayıllıda toyda kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb
Sağlamlıq17:25
Foto
Milli Paralimpiya Komitəsində parataekvondoçularla görüş keçirilib
Fərdi17:20
Suriyada silah anbarında partlayış baş verib: 14 nəfər ölüb
Digər ölkələr17:18