Azərbaycan - Portuqaliya oyunu üçün satılmış biletlərin sayı açıqlanıb

Azərbaycan - Portuqaliya oyunu üçün satılmış biletlərin sayı açıqlanıb 2022-ci il dünya çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan - Portuqaliya oyunu üçün indiyədək satılmış biletlərin sayı bəlli olub.
Futbol
6 Sentyabr , 2021 12:28
Azərbaycan - Portuqaliya oyunu üçün satılmış biletlərin sayı açıqlanıb

2022-ci il dünya çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan - Portuqaliya oyunu üçün indiyədək satılmış biletlərin sayı bəlli olub.

Bu barədə "Report"a AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumat verib.

O bildirib ki, qarşılaşma üçün 19 min bilet satılıb. Koronavirus pandemiyası ilə əlaqədar matça stadionun azarkeş tutumunun 50%-i qədər tamaşaçı buraxılacaq.

Biletləri "iticket" mobil tətbiqi və veb saytı, həmçinin “Gənclik Mall” və “28 Mall”da yerləşən "iticket" bilet satış məntəqələrindən əldə etmək olar.

Pandemiya ilə əlaqədar təması minimuma endirmək məqsədilə biletlər elektron formada təqdim edilir. Biletlərin qiymətləri kateqoriyalara uyğun olaraq 2 manat, 5 manat, 10 manat və 15 manatdır.

Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Portuqaliya görüşü saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi