Azərbaycan millisinin oyunlarına hakim təyinatları açıqlanıb

Azərbaycan millisinin oyunlarına hakim təyinatları açıqlanıb Azərbaycan millisinin “FIFA series - Edition 2024” turnirində keçirəcəyi oyunlara hakim təyinatları açıqlanıb.
Futbol
18 Mart , 2024 15:43
Azərbaycan millisinin oyunlarına hakim təyinatları açıqlanıb

Azərbaycan millisinin Bakıda “FIFA series - Edition 2024” layihəsi çərçivəsində keçirəcəyi oyunlara hakim təyinatları açıqlanıb.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yığmamızın Tanzaniya ilə ilk oyununu türkiyəli FIFA referisi Zorbay Küçük idarə edəcək.

Bolqarıstanla matçda isə estoniyalı hakim Kristo Tohver söz sahibi olacaq.

Tanzaniya - Bolqarıstan matçını Əliyar Ağayev, Tanzaniya - Monqolustan qarşılaşmasını isə Elçin Məsiyev idarə edəcək.

22 mart

17:00. Tanzaniya Bolqarıstan
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabbarov (hamısı Azərbaycan).

"Liv Bona Dea Arena"

20:00. Azərbaycan Monqolustan
Baş hakim: Zorbay Küçük, Mehmet Emin Tuqral, İbrahim Çağlar Uyarcan (hamısı Türkiyə), Fəridə Lütfəliyeva (Azərbaycan).

Tofiq Bəhramov adına Respublika stadionu

25 mart

17:00. Tanzaniya Monqolustan
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov (hamısı Azərbaycan).

"Liv Bona Dea Arena"

20:00. Azərbaycan Bolqarıstan

Hakimlər: Kristo Tohver, Sander Saqa, Sten Klaasen (hamısı Estoniya), İnqilab Məmmədov (Azərbaycan).

Tofiq Bəhramov adına Respublika stadionu

Son xəbərlər

Orphus sistemi