Azərbaycan millisinin baş məşqçisi: "Niyə də Avropa çempionatının final mərhələsinə yollanmayaq?"

Azərbaycan millisinin baş məşqçisi: "Niyə də Avropa çempionatının final mərhələsinə yollanmayaq?" Düşünürəm ki, niyə də Avropa çempionatının final mərhələsinə yollanmayaq?
Futbol
17 Oktyabr , 2024 16:43
Azərbaycan millisinin baş məşqçisi: Niyə də Avropa çempionatının final mərhələsinə yollanmayaq?
Siyasət Əsgərov

Düşünürəm ki, niyə də Avropa çempionatının final mərhələsinə yollanmayaq?

Bunu "Report"a açıqlamasında qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov deyib.

O, Avropa çempionatının pley-off mərhələsində qarşılaşacaqları Portuqaliya ilə oyun barədə danışıb:

"Rəqibimiz yaxşı futbolçulardan təşkil olunmuş kollektivdir. B Liqasında yer alan ən güclü millilərdəndir. Portuqaliya səddini aşa bilsək, Çexiya - Belarus cütünün qalibi ilə qarşılaşacağıq. Həmin matçı qələbə ilə başa vuran tərəf 2025-ci ildə İsveçrədə keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq. İnşallah, hər şey bizim üçün yaxşı olar. Düşünürəm ki, niyə də Avropa çempionatının final mərhələsinə yollanmayaq? Qızlara ümidlər böyükdür. İnanırıq ki, ən yaxşı görüşlərdən birini keçirəcəyik".

S.Əsgərov millinin heyətində itkilərin olduğunu söyləyib:

"Təəssüf ki, oyunçularımızdan Esra Manyanın legioner həyatı yaşadığı Türkiyənin "Fatih Vatanspor" klubunun heyətində qarşılaşma zamanı burnu sınıb. Onun yoxluğu bizə müəyyən qədər çətinlik yaradacaq. Ayşən Əhmədova isə sarı vərəqə imitini doldurduğu üçün Portuqaliya ilə Bakıdakı ilk görüşü buraxmalı olacaq. Bununla belə, ümidlərimiz böyükdür. C Liqasında məğlub olmadan B Liqasına qədər yüksəldik. B Liqasında isə pley-offda mübarizə aparırıq".

Qeyd edək ki, oktyabrın 21-də təlim-məşq toplanışına başlayacaq Azərbaycan millisi ayın 25-də, saat 16:00-da Portuqaliya yığmasını Mərdəkandakı “Liv Bona Dea Arena”da qəbul edəcək. Bundan 4 gün sonra, Bakı vaxtı ilə saat 23:45-də Vizela şəhərindəki eyniadlı stadionda cavab görüşü baş tutacaq.

Son xəbərlər

Orphus sistemi