Azərbaycan millisi yoxlama görüşü keçirib

Azərbaycan millisi yoxlama görüşü keçirib 19 yaşadək oğlan futbolçulardan ibarət Azərbaycan millisi Moldovada təşkil ediləcək yoldaşlıq turnirinə hazırlıq çərçivəsində yoxlama görüşü keçirib.
Futbol
30 May , 2024 13:03
Azərbaycan millisi yoxlama görüşü keçirib

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Moldovada təşkil ediləcək yoldaşlıq turnirinə hazırlıq çərçivəsində yoxlama görüşü keçirib.

“Report” qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Elxan Abdullayevin rəhbərlik etdiyi komanda “Neftçi-2” ilə qarşılaşıb.

Milli Komandaların Təlim-Məşq Mərkəzində baş tutan qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. U-19-un heyətində 45+1-ci dəqiqədə Niyazi Osmanov fərqlənib.

Qeyd edək ki, millimiz iyunun 3-dən 11-dək Moldovanın Tiraspol şəhərində yoldaşlıq turnirində iştirak edəcək. Komanda iyunun 4-də, Bakı vaxtı ilə saat 20:30-da Qazaxıstanın U-19, iyunun 7-də, saat 18:00-da Türkiyənin U-20, ayın 10-da, saat 20:30-da isə Moldovanın U-19 kollektivi ilə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi