Azərbaycan milli komandasının futbolçusu Türkiyədə əməliyyat olunub

Azərbaycan milli komandasının futbolçusu Türkiyədə əməliyyat olunub Ruslan Əmircanov daha bir ay oynamayacaq
Futbol
11 Dekabr , 2014 10:45
Azərbaycan milli komandasının futbolçusu Türkiyədə əməliyyat olunub

Bakı. 11 dekabr. Report/ Azərbaycan milli komandası və “Qəbələ” klubunun futbolçusu Ruslan Əmircanov Türkiyədə əməliyyat olunub. "Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, 29 yaşlı müdafiəçinin əməliyyatı İstanbuldakı "Acıbadem" Fulya Xəstəxanasında baş tutub.

Travmotoloq-cərrah, professor Ömer Taşer tərəfindən gerçəkləşdirilən əməliyyat uğurla sona çatıb. Əmircanovun 1 ay sonra yaşıl meydanlara dönəcəyi gözlənilir.

Qeyd edək ki, Ruslan Əmircanov Azərbaycan millisinin heyətində AVRO-2016-nın seçmə mərhələsinin İtaliya və Xorvatiya ilə oyunları öncəsi Almaniyada toplanış keçən zaman xəsarət alıb. O, təxminən 2 aydır zədədən əziyyət çəkirdi. Menisk problemi ilə Türkiyəyə yollanan futbolçunun müayinəsi onun meniskində yırtığın olmasını və əməliyyatının zəruriliyini üzə çıxarıb.

Son xəbərlər

Orphus sistemi