Azərbaycan futzal çempionatlarında qış "transfer pəncərəsi" yanvarın 3-də açılacaq

Futbol
  • 27 noyabr, 2023
  • 08:52
Azərbaycan futzal çempionatlarında qış transfer pəncərəsi yanvarın 3-də açılacaq

Futzal üzrə Yüksək və Birinci Liqalarda qış "transfer pəncərəsi" gələn il yanvarın 3-də açılacaq.

Bu barədə "Report"a Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, komandalar yanvarın 31-i saat 18:00-dək transfer çalışmalarını davam etdirə, yeni oyunçularını qeydiyyatdan keçirə bilərlər.