"Neftçi"də Azər Əliyev və digər legionerlərin taleyi tezliklə aydınlaşacaq

Futbol
  • 22 iyun, 2022
  • 10:46
Neftçidə Azər Əliyev və digər legionerlərin taleyi tezliklə aydınlaşacaq
Azər Əliyev

"Azər Əliyevin yerli statusunda oynaması qısa müddətdə həllini tapacaq".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin idman direktoru Zaur Əzizov yeni baş məşqçi Laurentsiu Regekampfın təqdimat mərasimində deyib.

O, müqaviləsi başa çatan futbolçularla bağlı müzakirələrə başladıqlarını da açıqlayıb: "Braziliyalı hücumçularımız Tiaqo Bezerra və Ramon Maçado barədə yaxın saatlarda rəsmi məlumat veriləcək".