AVRO-2024: Türkiyə millisi Portuqaliyaya uduzub - YENİLƏNİB - 6

AVRO-2024: Türkiyə millisi Portuqaliyaya uduzub - YENİLƏNİB - 6 Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II turun daha bir oyunu başlayıb.
Futbol
22 İyun , 2024 21:52
AVRO-2024: Türkiyə millisi Portuqaliyaya uduzub - YENİLƏNİB - 6

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsində daha bir oyun baş tutub.

"Report"un məlumatına görə, F qrupunun II turunda Türkiyə millisi Portuqaliya ilə üz-üzə gəlib.

Qarşılaşma "ay-ulduzlular"ın məğlubiyyəti ilə bitib - 0:3.

Qolları 21-ci dəqiqədə Bernardu Silva, 29-cu dəqiqədə Samet Akaydın (öz qapısına), 56-cı dəqiqədə Brunu Fernandeş vurub.

Türkiyə ilk matçda Gürcüstana (3:1), Portuqaliya isə Çexiyaya (2:1) qalib gəlib.

Portuqaliya yığması xallarının sayını altıya çatdırıb və 1/8 finala vəsiqəni təmin edib. Türkiyə millisi üç xalla ikinci pillədə qərarlaşıb. Gürcüstan və Çexiyanın hərəyə bir xalı var.

21:16

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II turun Türkiyə - Portuqaliya matçında üçüncü qol vurulub.

"Report"un məlumatına görə, Brunu Fernandeş 56-cı dəqiqədə növbəti dəfə "ay-ulduzlular"ı məyus edib.

Hazırda Portuqaliya 3:0 hesabı ilə öndədir.

21:02

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunun II turunun Türkiyə - Portuqaliya matçında ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, "ay-ulduzlular" hazırda məğlub durumdadır - 0:2.

21-ci dəqiqədə Bernardu Silva hesabı açıb. 29-cu dəqiqədə Samet Akaydın avtoqol müəllifi olub.

20:45

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunun II turunun Türkiyə - Portuqaliya matçında ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, "ay-ulduzlular" hazırda məğlub durumdadır - 0:2.

21-ci dəqiqədə Bernardu Silva hesabı açıb. 29-cu dəqiqədə Samet Akaydın avtoqol müəllifi olub.

20:30

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunun II turunun Türkiyə - Portuqaliya matçında daha bir qol vurulub.

"Report"un məlumatına görə, "ay-ulduzlular"ın heyətində Samet Akaydın 29-cu dəqiqədə avtoqol müəllifi olub.

Portuqaliya hazırda 2:0 hesabı ilə öndədir.

20:22

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunun II turunun Türkiyə - Portuqaliya matçında hesab açılıb.

"Report"un məlumatına görə, portuqaliyalı Bernardu Silva 21-ci dəqiqədə fərqlənib.

20:00

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II turun daha bir oyunu başlayıb.

"Report"un məlumatına görə, Türkiyə - Portuqaliya matçı Bakı vaxtı ilə saat 20:00-da start götürüb.

Qarşılaşmanı almaniyalı Feliks Şvayer idarə edir.

Qeyd edək ki, Türkiyə ilk matçda Gürcüstana (3:1), Portuqaliya isə Çexiyaya (2:1) qalib gəlib.

F qrupunda II turun bu gün baş tutan Gürcüstan - Çexiya matçında qalib müəyyənləşməyib - 1:1.

AVRO-2024 iyulun 14-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi