AVRO-2024: Portuqaliya və Çexiya dördüncü dəfə böyük turnirlərdə üz-üzə gələcək

AVRO-2024: Portuqaliya və Çexiya dördüncü dəfə böyük turnirlərdə üz-üzə gələcək Almaniyada keçiriləcək Avropa çempionatının F qrupunda qarşılaşcaq Portuqaliya və Çexiya komandaları böyük turnirlərdə dördüncü dəfə üz-üzə gələcək.
Futbol
18 İyun , 2024 10:42
AVRO-2024: Portuqaliya və Çexiya dördüncü dəfə böyük turnirlərdə üz-üzə gələcək

Almaniyada keçirilən Avropa çempionatının F qrupunda yer alan Portuqaliya və Çexiya komandaları böyük turnirlərdə dördüncü dəfə üz-üzə gələcəklər.

“Report” xəbər verir ki, buna qədər komandalar ümumilikdə 5 rəsmi yarışda rəqib olublar.

Tərəflər 1996, 2008 və 2012-ci illərdə keçirilən Avropa çempionatlarında qarşılaşıblar. Digər iki görüş isə 2022-ci ildə UEFA Millətlər Liqasında olub.

Komandalar arasındakı görüşlərdə Çexiya cəmi 1 dəfə - 1996-cı ildə qələbə qazanmağı bacarıb. Qalan bütün oyunlarda Portuqaliya rəqibini üstələyib.

F qrupunda yer alan digər komandalar - Türkiyə və Gürcüstan heç vaxt böyük turnirlərin final mərhələsində rəqib olmayıb. Seçmə mərhələlər və yoldaşlıq görüşlərində isə komandalar ümumilikdə 5 dəfə üz-üzə gəliblər. Bunların üçündə Türkiyə, birində Gürcüstan millisi qələbə qazanıb. Bir oyun isə heç-heçə yekunlaşıb.

Qeyd edək ki, Türkiyə - Gürcüstan oyunu Bakı vaxtı ilə saat 20:00-da, Portuqaliya - Çexiya matçı isə 23:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi