AVRO-2024: Şotlandiya - İsveçrə matçı heç-heçə yekunlaşıb - YENİLƏNİB - 5
- 19 iyun, 2024
- 20:52
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Şotlandiya - İsveçrə matçı başa çatıb.
"Report" xəbər verir ki, bu görüşdə qalib müəyyənləşməyib - 1:1.
Hesabı şotlandlar açıb. 13-cü dəqiqədə Fabian Şer avtoqol müəllifi olub. İsveçrənin bərabərlik qoluna isə 26-cı dəqiqədə Cerdan Şakiri imza atıb.
Qeyd edək ki, A qrupunun digər oyununda Almaniya Macarıstana 2:0 hesabı ilə qalib gəlib.
1. Almaniya 2 2 0 0 7-1 6
2. İsveçrə 2 1 1 0 4-2 4
3. Şotlandiya 2 0 1 1 2-6 1
4. Macarıstan 2 0 0 2 1-5 0
00:07
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Şotlandiya - İsveçrə matçında ikinci hissə başlayıb.
"Report" xəbər verir ki, ilk hissədən sonra hesab bərabərdir - 1:1.
Şotlandların heyətində Fabian Şer avtoqol müəllifi olub. İsveçrənin bərabərlik qoluna isə Cerdan Şakiri imza atıb.
23:48
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Şotlandiya - İsveçrə matçında birinci hissə yekunlaşıb.
"Report" xəbər verir ki, ilk yarıdan sonra hesab bərabərdir - 1:1.
Şotlandların heyətində Fabinəan Şer avtoqol müəllifi olub. İsveçrənin bərabərlik qoluna isə Cerdan Şakiri imza atıb.
23:28
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Şotlandiya - İsveçrə matçında hesab bərabərləşib.
"Report" xəbər verir ki, 26-cı dəqiqədə Cerdan Şakiri şotlandların qapısına yol tapıb - 1:1.
Qarşılaşma davam edir.
23:15
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Şotlandiya - İsveçrə matçında hesab açılıb.
"Report" xəbər verir ki, 13-cü dəqiqədə şotlandlar hesabda önə çıxıb.
İsveçrəlilərin heyətində Fabian Şer avtoqol müəllifi olub.
23:00
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turu çərçivəsində günün son matçı start götürüb.
"Report" xəbər verir ki, A qrupunun görüşündə Şotlandiya İsveçrə ilə qarşılaşır.
Oyunu slovakiyalı İvan Krujlyak idarə edir.