Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda III turun oyunlarına yekun vurulub.
"Report" xəbər verir ki, Hamburqdakı “Folksparkştadion"da baş tutan Çexiya - Türkiyə qarşılşaması ikincilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Türkiyə millisindən Hakan Çalhanoğlu (51) və Cenk Tosun (90+4), Çexiyadan isə Tomaş Suçek (66) fərqlənib. Bu oyunda Çexiya komandasının iki üzvü - Antonin Barak (20) və Tomaş Çori (90) qırmızı vərəqə ilə meydandan qovulub.
Helzenkirhendəki "Feltins Arena"da keçirilən Gürcüstan - Portuqaliya qarşılaşması Gürcüstan komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Xviça Kvaratsxeliya 2-ci dəqiqədə rəqib qapısının torunu silkələyib. Corc Mikautadze 51-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən fərqlənərək hesab arasındakı fərqi 2 topa çatdırıb.
Bu nəticələrdən sonra Portuqaliya qrup lideri, Türkiyə millisi isə ikinci pillənin sahibi kimi 1/8 finala adlayıb. Gürcüstan ən yaxşı qrup üçüncüsü kimi növbəti mərhələdə mübarizə aparmaq hüququ qazanıb.
1 |
Portuqaliya |
3 |
2 |
0 |
1 |
5-3 |
6 |
2 |
Türkiyə |
3 |
2 |
0 |
1 |
5-5 |
6 |
3 |
Gürcüstan |
3 |
1 |
1 |
1 |
4-4 |
4 |
4 |
Çexiya |
3 |
0 |
1 |
2 |
3-5 |
1 |
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda III turun Çexiya - Türkiyə matçında üçüncü qol vurulub.
"Report" xəbər verir ki, Türkiyə yığmasının üzvü Cenk Tosun 90+4-cü dəqiqədə komandasını hesabda önə keçirib - 2:1.
51-ci dəqiqədə isə Hakan Çalhanoğlu fərqlənib.
Çexiya millisinin üzvü Tomaş Suçek 66-cı dəqiqədə bərabərliyi təmin edib - 1:1.
Gürcüstan - Portuqaliya matçı birincilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Xviça Kvaratsxeliya 2-ci dəqiqədə rəqib qapısının torunu silkələyib. Corc Mikautadze 51-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən fərqlənərək hesab arasındakı fərqi 2 topa çatdırıb.
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda III turun Çexiya - Türkiyə matçında hesab bərabərləşib.
"Report" xəbər verir ki, Çexiya millisinin üzvü Tomaş Suçek 66-cı dəqiqədə bərabərliyi təmin edib - 1:1.
Türkiyə yığmasından 51-ci dəqiqədə Hakan Çalhanoğlu fərqlənib.
Gürcüstan yığması 2:0 hesabı ilə öndədir. Xviça Kvaratsxeliya 2-ci dəqiqədə rəqib qapısının torunu silkələyib. Corc Mikautadze 51-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən fərqlənərək hesab arasındakı fərqi 2 topa çatdırıb.
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda III turun Gürrcüstan - Portuqaliya matçında ikinci qol vurulub.
"Report" xəbər verir ki, Gürcüstan millisinin üzvü Corc Mikautadze 51-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən fərqlənərək hesab arasındakı fərqi 2 topa çatdırıb.
Digər qolu isə Xviça Kvaratsxeliya 2-ci dəqiqədə rəqib qapısından keçirib.
Çexiya - Türkiyə görüşündə Türkiyə millisi hesabda 1:0 öndədir. 51-ci dəqiqədə Hakan Çalhanoğlu fərqlənib.
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda III turun Çexiya - Türkiyə matçında hesab açılıb.
"Report" xəbər verir ki, Türkiyə millisi 51-ci dəqiqədə Hakan Çalhanoğlunun qolu ilə hesabda önə keçib.
Gürcüstan yığması isə üstünlüyünü qoruyub saxlayır - 1:0.
Xviça Kvaratsxeliya 2-ci dəqiqədə fərqlənib.
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda III turun Çexiya - Türkiyə və Gürcüstan - Portuqaliya matçlarında ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, Çexiya - Türkiyə matçında hələlik qol vurulmayıb.
Gürcüstan yığması isə hesabda öndədir - 1:0.
Xviça Kvaratsxeliya 2-ci dəqiqədə fərqlənib.
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda III turun Çexiya - Türkiyə və Gürcüstan - Portuqaliya matçlarında ilk hissə başa çatıb.
"Report"un məlumatına görə, Çexiya - Türkiyə matçında qol vurulmayıb.
Gürcüstan yığması isə hesabda öndədir - 1:0.
Xviça Kvaratsxeliya 2-ci dəqiqədə fərqlənib.
Çexiya millisi Almaniyada təşkil olunan Avropa çempionatında F qrupunun III turunun Türkiyə ilə matçında azlıqda qalıb.
"Report"un məlumatına görə, 20-ci dəqiqədə Antonin Barak ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Qeyd edək ki, hazırda görüşdə hesab açılmayıb.
Almaniyada təşkil olunan Avropa çempionatının F qrupunun Gürcüstan - Portuqaliya oyununda hesab açılıb.
"Report"un məlumatına görə, 2-ci dəqiqədə gürcüstanlı Xviça Kvaratsxeliya fərqlənib.
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında F qrupunun III turunun Çexiya - Türkiyə və Gürcüstan - Portuqaliya matçlarına start verilib.
"Report" xəbər verir ki, oyunlar müvafiq olaraq Hamburqdakı “Folksparkştadion"da və Helzenkirhendəki "Feltins Arena"da keçirilir.
Çexiya - Türkiyə matçını rumıniyalı İştvan Kovaç, Gürcüstan - Portuqaliya qarşılaşmasını isə isveçrəli Sandro Şörer idarə edir.
Hər iki qarşılşama 23:00-da başlayıb.