Əli Əsədov və İrakli Kobaxidze Gürcüstanda hotel açılışında iştirak ediblər

Turizm
  • 30 oktyabr, 2026
  • 18:37
Əli Əsədov və İrakli Kobaxidze Gürcüstanda hotel açılışında iştirak ediblər

Azərbaycanın Baş naziri Əli Əsədov və Gürcüstanın Baş naziri İrakli Kobaxidze oktyabrın 30-da Tbilisi şəhərinin mərkəzində Kür çayının sahilində yerləşən, PASHA Real Estate Group tərəfindən inşa edilmiş 5 ulduzlu "ART Riverfront Hotel Tbilisi"nin açılışında iştirak ediblər.

Bu barədə "Report"a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, müasir memarlıq üslubunda inşa olunan və ümumi sahəsi 1 hektar olan kompleksə hotel binası, eləcə də ofis sahələri daxildir.

Hoteldə müxtəlif kateqoriyalara aid 152 otel otağı və 4 iclas zalı mövcuddur. Burada qonaqların rahatlığı üçün müasir xidmət infrastrukturu, o cümlədən müxtəlif konsepsiyalara malik restoranlar fəaliyyət göstərir.

"ART Riverfront Hotel Tbilisi" PASHA Real Estate Group-un Gürcüstandakı daşınmaz əmlak layihəsidir. Şirkət Azərbaycanda və beynəlxalq bazarlarda hotelçilik, yaşayış, ticarət və çoxfunksiyalı daşınmaz əmlak layihələrinin inkişafı istiqamətində fəaliyyət göstərir.

44 filmi