2023/2024 mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edəcək “Araz-Naxçıvan” 11 futbolçu ilə müqavilə imzalayıb.
Klubdan “Report”a verilən məlumata görə, həmin oyunçuların hamısı yerlidir.
Ötən mövsüm 27 qolla Birinci Divizionun bombardiri olan Orxan Əliyev, eləcə də, komandanın elitaya vəsiqə qazanmasında pay sahibi olan Vüsal Şabanov, Tuqay Əlizadə, Bayraməli Qurbanov, Həzrət İsayev və Vadim Abdullayevlə müqavilə yenilənib.
“Səbail”dən Turan Manafov və Nihat Qurbanlı, “Kəpəz”dən Nicat Süleymanov, “Şamaxı”dan Elçin Mustafayev də yeni mövsümdə “Araz-Naxçıvan”ın formasını geyinəcəklər. Abdulla Rzayev isə “Sabah”dan icarəyə götürülüb. Onlarla imzalanan sözləşmə mövsümün sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər 3 legionerlə - Semir Bukviç, Nuno Miguel və Vandersonla anlaşıb.