Superliqa klubu Aleks de Souza ilə yollarını ayırıb

Futbol
  • 13 yanvar, 2025
  • 16:37
Superliqa klubu Aleks de Souza ilə yollarını ayırıb

Türkiyə təmsilçisi "Antalyaspor" baş məşqçisi Aleks de Souza ilə yollarını ayırıb.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Superliqanın XIX turunda "Trabzonspor"a 0:5 hesablı məğlub olan Antalya təmsilçisi braziliyalı mütəxəssislə vidalaşmaq qərarı alıb.

Qeyd edək ki, Aleks de Souza "Antalyaspor"la ötən ilin mayında 2 illik müqavilə imzalamışdı.

Son xəbərlər

Bütün Xəbər Lenti