Andrey Acius: "Təəssüf ki, Azərbaycan yığmasına çoxlu qol vura bilmədik"

Andrey Acius: "Təəssüf ki, Azərbaycan yığmasına çoxlu qol vura bilmədik" "Son matçımda çox yaxşı rəqibə qarşı oynadıq. Təəssüf ki, çoxlu qol vura bilmədik".
Futbol
26 Mart , 2022 10:18
Andrey Acius: Təəssüf ki, Azərbaycan yığmasına çoxlu qol vura bilmədik

"Son matçımda çox yaxşı rəqibə qarşı oynadıq. Təəssüf ki, çoxlu qol vura bilmədik".

"Report"un məlumatına görə, bunu Malta yığmasındakı futbolçu karyerasını Azərbaycan milli komandası ilə yoldaşlıq görüşündə başa vuran Andrey Acius deyib.

36 yaşlı müdafiəçi evdə 1:0 hesabı ilə qalib gəldikləri matçda çox gözəl oyun nümayiş etdirdiklərini bildirib: "Topa nəzarət bizdə oldu. Həmişə bizim bir düşüncəmiz olub ki, hücum edək və qol vuraq. Əminəm ki, futbolçularımız işləməyə davam edəcəklər və baş məşqçi David Manca ilə birlikdə növbəti Millətlər Liqasında böyük işlər görəcəklər".

Acius yığma karyerasını bitirməsindən də danışıb: "Bu, son oyunum idi. Meydançadakı hər dəqiqədən zövq aldım və qərara gəldim ki, karyeramın bu səhifəsini burada bitiməyim ən doğru yoldur".

Qeyd edək ki, Azərbaycanla oyun Andrey Acius üçün Malta yığmasının formasında 103-cü qarşılaşma olub. O, 42-ci dəqiqədə komanda yoldaşları ilə vidalaşaraq, millini tərk edib. Yeganə qolu isə 55-ci dəqiqədə Yurgen Deqabriele vurub.

Son xəbərlər

Orphus sistemi