Ançelottinin "Real"ın "Levante"yə qarşı oyununda görünməsi şayiələrə səbəb olub

Futbol
  • 17 yanvar, 2026
  • 21:46
Ançelottinin Realın Levanteyə qarşı oyununda görünməsi şayiələrə səbəb olub

"Real"ın baş məşqçisinin istefası tələb olunan "Levante"yə qarşı oyununda hazırda Braziliya yığmasının italiyalı baş məşqçisi Karlo Ançelotti də stadionda olub.

"Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

"Kral klubu"nun keçmiş baş məşqçisi oyunu Braziliya Futbol Federasiyasının nümayəndə heyəti ilə birlikdə izləyib. Maydakı ayrılıqdan sonra stadiona etdiyi ilk ziyarət tribunaların mövcud rəhbərliyə və komandaya qəzəbli olduğu bir matça təsadüf edib.

Hətta onun kluba geri dönüşü barədə şayiələr başlayıb. Lakin Ançelotti braziliyalı futbolçular - Vinisius, Rodriqo və Militaonun oyununa tamaşa etmək məqsədilə stadiona gəlib.

Qeyd edək ki, "Real" klubunun hazırkı baş məşqçisi Alvaro Arbeloa yanvarın 17-də, öz doğum günündə ilk qələbəsini qazanıb.

Son xəbərlər

Bütün Xəbər Lenti