Amerika Kubokunun qalibi olmuş futbolçu həbs edilib

Amerika Kubokunun qalibi olmuş futbolçu həbs edilib Çili millisinin heyətində Amerika Kubokunun qalibi olmuş keçmiş yarımmüdafiəçi Xorxe Valdiviya cinsi zorakılıq ittihamı ilə həbs edilib.
Futbol
23 Oktyabr , 2024 12:44
Amerika Kubokunun qalibi olmuş futbolçu həbs edilib

Çili millisinin heyətində Amerika Kubokunun qalibi olmuş Xorxe Valdiviya cinsi zorakılıq ittihamı ilə həbs edilib.

“Report” xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Hadisə bir nəfərin "cinsi zorakılıq əlamətləri" itthamı ilə polisə müraciət etməsindən sonra yaşanıb. Sabiq milli üzvü ittihamları rədd edərək, zərərçəkmiş şəxslə qarşılıqlı razılıq əsasında münasibətdə olduğunu bildirib.

Buna baxmayaraq, keçmiş yarımmüdafiəçi 90 gün müddətinə həbs edilib. Günahı sübuta yetirilərsə, 40 yaşlı veteran futbolçu 15 ilədək azadlıqdan məhrum edilə bilər.

Qeyd edək ki, X.Valdiviya 2022-ci ildə peşəkar karyerasını başa vurub. O, Çili, İspaniya, İsveçrə, Braziliya, Meksika və BƏƏ klublarında çıxış edib. Çili yığmasının heyətində keçirdiyi 79 oyunda 7 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb. Valdivia milli komanda ilə birlikdə 2015-ci ildə Amerika Kubokunu qazanıb və iki dəfə dünya çempionatında (2010, 2014) iştirak edib.

Son xəbərlər

Orphus sistemi