AFFA "Sabah"ın qapıçısını cəzalandırıb
Futbol
- 15 dekabr, 2022
- 11:34
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
AFFA İntizam Komitəsi "Sabah"ın qapıçısı Nicat Mehbalıyevi cəzalandırıb.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, buna 22 yaşlı qolkiperin "Səbail"ə 2:3 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/4 final matçının 12-ci dəqiqəsində rəqibi aşkar qol vurma imkanından məhrum etməsi səbəb olub.
Birbaşa qırmızı vərəqə ilə meydandan qovulan gənc çərçivə qoruyucusu 1 oyunluq cəza alıb, klubunu isə 200 manat məbləğində ziyana salıb.
Bundan başqa, "Sabah" həmin görüşdə 4 futbolçusu sarı vərəqə aldığı üçün əlavə 800 manat cərəmələnib.
"Turan Tovuz" isə Gəncədə "Kəpəz"ə 2:1 hesabı ilə qalib gəldiyi 1/4 final oyununda analoji hala görə eyni məbləğdə cərimə ödəyəcək.
Son xəbərlər
10:58
Honkonqda meymunçiçəyinə yoluxma halları kəskin artıb
Digər ölkələr10:38
Foto
Video
FHN-in Muğan Regional Mərkəzi təlim keçirib
Hadisə10:24
Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var
Digər ölkələr10:03
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
Komanda09:43
Foto
Ağdamda III Beynəlxalq Xankəndi Ultramarafonunun son mərhələsinə start verilib
Fərdi09:35
Premyer Liqada VII tura bu gün keçiriləcək iki oyunla yekun vurulacaq
Futbol09:34
MKİ-nin keçmiş rəsmisi ABŞ biznesləri adından casusluq qadağasının ləğvinə çağırıb
Digər ölkələr09:05
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
Komanda08:53