AFFA "Sabah"ın qapıçısını cəzalandırıb
Futbol
- 15 dekabr, 2022
- 11:34
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
AFFA İntizam Komitəsi "Sabah"ın qapıçısı Nicat Mehbalıyevi cəzalandırıb.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, buna 22 yaşlı qolkiperin "Səbail"ə 2:3 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/4 final matçının 12-ci dəqiqəsində rəqibi aşkar qol vurma imkanından məhrum etməsi səbəb olub.
Birbaşa qırmızı vərəqə ilə meydandan qovulan gənc çərçivə qoruyucusu 1 oyunluq cəza alıb, klubunu isə 200 manat məbləğində ziyana salıb.
Bundan başqa, "Sabah" həmin görüşdə 4 futbolçusu sarı vərəqə aldığı üçün əlavə 800 manat cərəmələnib.
"Turan Tovuz" isə Gəncədə "Kəpəz"ə 2:1 hesabı ilə qalib gəldiyi 1/4 final oyununda analoji hala görə eyni məbləğdə cərimə ödəyəcək.
Son xəbərlər
12:54
Əfqanıstanda məktəbdə baş verən partlayış nəticəsində 25 nəfər ölüb - Yenilənib
Digər ölkələr
12:48
UKMTO: Silahlı qruplaşma Yəmən sahillərində yük gəmisini ələ keçirib
Digər ölkələr
12:47
"The Telegraph": Ukrayna Krım körpüsünə yeni zərbələr endirməyə hazırlaşır
Digər ölkələr
12:44
Pirallahıda evlərdən oğurluq olub, iki keçmiş məhkum saxlanılıb
Hadisə
12:40
İrəvanda hərəkətdə olan avtomobil partlayıb
Region
12:38
Avstriyada məhkəmə Ukrayna kəşfiyyatının 2 əməkdaşını yenidən həbs edib
Digər ölkələr
12:33
Foto
"AzerGold"un sosial layihəsi çərçivəsində Daşkəsən Tədris Mərkəzi yaradılıb
Sənaye
12:31
Əhməd Vəliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
Daxili siyasət
12:28
Xosep Qvardiola "Barselona"ya qayıtmaq niyyətinin olmadığını açıqlayıb
Futbol