AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
Futbol
- 19 noyabr, 2025
- 21:11
AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA-nın Nyon şəhərində yerləşən baş qərargahında Klubların Lisenziyalaşdırma Komitəsinin iclasında komitə üzvü qismində iştirak edib.
"Report" xəbər verir ki, iclasda UEFA Klub Lisenziyalaşdırma və Maliyyə Dayanıqlığı üzrə yeniliklər, klub sahibliyi ilə bağlı məsələlər, UEFA Həmrəylik Mexanizminin 2025/2026 mövsümü üçün tətbiqi, UEFA Maliyyə Dayanıqlığı Qaydalarının keçid dövrünün başa çatması və UEFA-nın tibbi və antidopinq tələbləri ilə bağlı mövzular müzakirə olunub.
İclas zamanı müvafiq sahələr üzrə yenilənmiş qaydalar, 2025/2026 mövsümünə dair planlaşdırılan tədbirlər və klub futbolunun inkişafı ilə bağlı strateji istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.
Son xəbərlər
11:00
"Böyük Dəbilqə": Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev mübarizəyə başlayır
Fərdi10:52
Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb
Qarabağ10:48
Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb
Qarabağ10:46
DİN həftəsonu bölgələrə səfərə çıxan sürücüləri diqqətli olmağa çağırıb
Daxili siyasət10:43
Hikmət Hacıyev Şuşadan hərbi attaşelərlə foto paylaşıb
Xarici siyasət10:42
Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər
Digər ölkələr10:39
Moldova səfiri: Azərbaycan regionda ərazi bütövlüyünü bərpa etmiş yeganə ölkədir
Qarabağ10:36
Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb
Energetika10:33