Adrian Skarlatake: "Xəzər Lənkəran"da yaxşı pul qazandım"

Adrian Skarlatake: "Xəzər Lənkəran"da yaxşı pul qazandım" “Dürüst olmalıyam ki, Lənkəranda yaxşı pul qazandım”.
Futbol
24 Yanvar , 2023 17:09
Adrian Skarlatake: Xəzər Lənkəranda yaxşı pul qazandım

“Dürüst olmalıyam ki, Lənkəranda yaxşı pul qazandım”.

Bunu “Report”a müsahibəsində “Xəzər Lənkəran”ın sabiq futbolçusu Adrian Skarlatake keçmiş Premyer Liqa klubunda çıxış etdiyi dönəm barədə danışarkən deyib.

36 yaşlı rumıniyalı müdafiəçi 2010/2011 mövsümünün ikinci dövrəsində və 2012-2016-cı illərdə formasını geyindiyi Lənkəran təmsilçisində özünü rahat hiss etdiyini söyləyib: “Orada çox yaxşı maaş verirdilər. Biznesə hələ başlamamışam. Çünki futbol oynayanda bununla məşğul olmaq çətindir. Karyeramı bitirdikdən sonra nə edəcəyimə qərar verəcəyəm. Mənə əvvəllər başqa ölkələrdən təkliflər olmuşdu. Amma Azərbaycanda rahat olduğum üçün uzun müddət orada qaldım, ölkəni dəyişmək istəmədim”.

Hazırda ölkəsində “Mioveni” klubunun şərəfini qoruyan oyunçu “Xəzər Lənkəran”ın yenidən fəaliyyətini bərpa edərək, Premyer Liqaya qayıdacağına inanır: “Xəzər Lənkəran” - “Neftçi” oyunları üçün darıxıram. Həmçinin, “Xəzər”in azarkeşləri, matçlardan əvvəl və sonra olan atmosfer üçün də. Ümid edirəm ki, “Xəzər Lənkəran” bir gün yenidən yüksək liqada çıxış edəcək”.

Adrian Skarlatakenin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi