ABŞ-də futbolçu oyun zamanı huşunu itirib
Futbol
- 10 may, 2025
- 15:29
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ-nin Milli Qadınlar Futbol Liqası (NWSL) təmsilçisi "Angel Siti"nin üzvü Savanna Kinq "Yuta" ilə oyun zamanı huşunu itirib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, hadisə ikinci hissənin sonunda yaşanıb.
Yerə yıxılan 20 yaşlı futbolçuya ürək masajı tətbiq edilib və o, özünə gəldikdən sonra xəstəxanaya aparılıb. Klub sosial şəbəkə hesablarında futbolçunun yaxın vaxtlarda əlavə müayinədən keçəcəyini açıqlayıb.
Bir neçə dəqiqəlik fasilədən sonra davam edən matç "Angel Siti"nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, S.Kinq ABŞ-nin 17 və 20 yaşadək qadınlardan ibarət komandalarında çıxış edib.
Son xəbərlər
11:16
GECO: "Yaşıl Enerji Dəhlizi" üzrə nazirlər noyabrın sonunda görüşəcək
Energetika11:13
Viktor Dyekereş UEFA Millətlər Liqasında rekorda imza atıb
Futbol11:13
Azərbaycanda planşetlərdə "İOS"un bazar payı 2,4 dəfə azalıb
İKT11:04
Azərbaycanın BƏƏ ilə yaratdığı şirkətin illik planlaşdırılan tutumu açıqlanıb
İnfrastruktur11:04
Frederik Doye: "Yaşıl dəhliz"lər regionda enerji axınını əsaslı şəkildə dəyişə bilər"
Xarici siyasət11:03
"Fitch Ratings" Azərbaycan iqtisadiyyatının 2028-ci ilə qədərki perspektivlərini qiymətləndirib
Maliyyə11:03
Ermənistan parlamentində deputatlar arasında dava düşüb
Region11:00
Hidayət Heydərov dünya çempionatına qələbə ilə başlayıb
Fərdi10:57