Fransalı hokkeyçi dava etdiyinə görə olimpiadadan kənarlaşdırılıb

Fərdi
  • 17 fevral, 2026
  • 10:37
Fransalı hokkeyçi dava etdiyinə görə olimpiadadan kənarlaşdırılıb

Fransalı hokkeyçi Pyer Krinon Kanada ilə matçda rəqib komandanın üzvü Tom Uilsonla dava etdiyinə görə XXV Qış Olimpiya Oyunlarından kənarlaşdırılıb.

"Report" Fransa Hokkey Federasiyasına istinadən xəbər verir ki, idmançının hərəkətləri olimpiya ruhuna zidd və hokkey dəyərlərinə zərər vuran amil kimi qiymətləndirilib.

Qurumun bəyanatında Fransa yığmasının formasını geyinən hər bir oyunçunun nümunəvi davranış nümayiş etdirməli olduğu vurğulanıb. Milli Olimpiya Komitəsi və İdman Komitəsi ilə razılaşdırılan qərara əsasən, Krinon komandanın qalan oyunlarında iştirak etməyəcək.

Hadisə fevralın 15-də Kanada və Fransa (10:2) yığmaları arasındakı matçın üçüncü dövrəsində baş verib. Krinon rəqibi Tom Uilsonu yerə yıxdıqdan sonra da ona zərbələr endirməyə davam edib. Hər iki hokkeyçi böyük cərimə alaraq oyundan qovulub. Krinon meydanı tərk edərkən Kanada yığmasının ehtiyat oyunçular skamyasında əyləşən hokkeyçilərə qarşı təxribatçı hərəkətlərini davam etdirib.

Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti