24 ildən sonra futbola qayıtdı, rekordu yenilədi

24 ildən sonra futbola qayıtdı, rekordu yenilədi Futbol üzrə Monqolustan çempionatının 15-ci turunun "Sumido Gepro" - "Ulan-Bator" oyununda maraqlı hadisə baş verib.
Futbol
1580
14 Sentyabr , 2020 20:29
24 ildən sonra futbola qayıtdı, rekordu yenilədi

Futbol üzrə Monqolustan çempionatının 15-ci turunun "Sumido Gepro" - "Ulan-Bator" oyununda maraqlı hadisə baş verib.

"Report"un məlumatına görə, matçın 86-cı dəqiqəsində ev sahibi komandanın 54 yaşlı futbolçusu Xandsuren Oyunbileq meydana çıxıb.

Maraqlıdır ki, 1996-cı ildə peşəkar karyerasını başa vurmuş veteran oyunçu 24 ildən sonra yenidən futbola qayıdıb. O, komandasını məğlubiyyətdən (2:3) xilas edə bilməsə də, Yaponiyanın "Yokohama" klubunun 53 yaşlı futbolçusu Kadzuyosi Miuranın rekordunu yeniləyib.

Qeyd edək ki, "Sumido Gepro" klubu çempionatda keçirdiyi 15 oyunun hamısını uduzub. 7 qol vurub 82 top buraxan komanda sonuncu pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi