2024-cü il futbol üzrə Avropa çempionatının bütün iştirakçıları müəyyənləşib

2024-cü il futbol üzrə Avropa çempionatının bütün iştirakçıları müəyyənləşib Polşa millisi millisi futbol üzrə Avropa çempionatında iştirak hüququ uğrunda final pley-off matçında Uelsə qalib gəlib.
Futbol
27 Mart , 2024 03:06
2024-cü il futbol üzrə Avropa çempionatının bütün iştirakçıları müəyyənləşib

Polşa millisi futbol üzrə Avropa çempionatında iştirak hüququ uğrunda həlledici pley-off matçında Uelsə qalib gəlib.

“Report”un məlumatına görə, Polşa yığması turnirin final mərhələsinin sonuncu iştirakçısı olub, bundan əvvəl Gürcüstan və Ukrayna komandaları analoji uğura imza atıblar.

Matçın əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə polşalı futbolçular daha dəqiq olublar - 5:4.

Seçmə mərhələnin nəticələrinə əsasən çempionatda 20 iştirakçı müəyyən edilib, 21-ci isə avtomatik olaraq yarışın ev sahibi Almaniya olub.

Püşkatmanın nəticələrinə əsasən komandalar aşağıdakı ardıcıllıqla qruplara bölünüb:

A qrupu

Almaniya, Şotlandiya, Macarıstan, İsveçrə

B qrupu

İspaniya, Xorvatiya, İtaliya, Albaniya

C qrupu

Sloveniya, Danimarka, Serbiya, İngiltərə

D qrupu

Polşa, Niderland, Avstriya, Fransa

E qrupu

Belçika, Slovakiya, Rumıniya, Ukrayna

F qrupu

Türkiyə, Gürcüstan, Portuqaliya, Çexiya

Reqlamentə əsasən hər qrupdan iki ən yaxşı komanda və ən yaxşı göstəricilərə malik üçüncü yeri tutan 4 komanda Avropa çempionatının 1/8 final mərhələsinə yüksələcək.

Avropa çempionatı 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

Son xəbərlər

Orphus sistemi