20 milyon avro borca görə klubun hesabından 24 xal silinib
Futbol
- 05 fevral, 2015
- 06:57
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 5 fevral. REPORT.AZ/ Rumıniyanın ÇFR futbol komandasının hesabından 24 xal silinib. "Report"un məlumatına görə, buna klubun külli miqdarda borcu səbəb olub.
Maliyyə problemləri ilə üzləşən ÇFR dövlətə, futbolçulara və məşqçilərə üst-üstə 20 milyon avro borcludur. Bu cəzadan sonra Kluj komandası turnir cədvəlində 2-ci pilləni sondan əvvəlki mövqe ilə dəyişməli olub. İndi komandanın aktivində cəmi 10 xal var.
Qeyd edək ki, ÇFR rəhbərliyi qərara etiraz edəcəyini açıqlayıb. Klub rəsmiləri üzləşdikləri maddi sıxıntıları ölkənin bir çox aparıcı komandalarına da təsir edən ümumi bohranla əlaqələndiriblər.
Son xəbərlər
22:27
CENTCOM SEPAH-ın Hörmüz boğazı ilə bağlı bəyanatlarını təkzib edib
Region
22:18
Almaniya Bundesliqasında cari mövsüm yeni qol rekordu qeydə alınıb
Futbol
22:05
Papuaşvili: Gizli xarici maliyyələşdirmə demokratiya və dövlət suverenliyi üçün ciddi risklər yaradır
Xarici siyasət
21:48
ABŞ-nin neft ehtiyatları 8,6 milyon barel azalıb
Digər ölkələr
21:37
AAYDA İdarə Heyətinin 2026-cı ilin III rübünün yekunlarına həsr olunmuş iclası keçirilib
İnfrastruktur
21:29
Dünya çempionatı: Azərbaycanın minifutbol üzrə U-23 millisinin yarımfinaldakı rəqibi müəyyənləşib
Futbol
21:07
Kobaxidze Orta Dəhlizin mühüm nəqliyyat marşrutu kimi rolunu vurğulayıb
Region
20:58
Foto
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 medal qazanıb
Fərdi
20:47
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
Xarici siyasət