Niko Hülkenberq: "Azərbaycan Qran-prisini səhvsiz keçirmək vacibdir"

Formula 1
  • 22 sentyabr, 2026
  • 10:55
Niko Hülkenberq: Azərbaycan Qran-prisini səhvsiz keçirmək vacibdir

"Formula 1" üzrə Azərbaycan Qran-prisini səhvsiz keçirmək vacibdir.

"Report" xəbər verir ki, bu barədə "Audi" komandasının pilotu Niko Hülkenberq açıqlama verib.

Almaniya təmsilçisinin mətbuat xidmətinə fikirlərini bölüşən təcrübəli sürücü Bakıda yarış haqqında da danışıb:

"Son bir neçə yarışda davamlı olaraq xal uğrunda mübarizə aparırıq və bunu davam etdirmək niyyətindəyik. Bakıda trasdakı vəziyyət çox sürətlə dəyişə bilər. Buna görə də həftəsonunu problemsiz keçirsək və özümüzdən asılı olan hər şeyi yaxşı yerinə yetirsək, imkanlarımız olacaq. Düşünürəm ki, əvvəlki mərhələlərdə olduğu kimi, burada da çox sıx mübarizə gedəcək. Buna görə həftəsonunu səhvsiz keçirmək vacibdir".

Xatırladaq ki, Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq.