“Formula 1” üzrə Azərbaycan Qran-prisinin qalibləri mükafatlandırılıblar.
“Report” xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Bakı Şəhər Halqasının icraçı direktoru Maqsud Fərzullayev, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov və Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayemi iştirak ediblər.
Əvvəlcə qalib idmançının və komandanın şərəfinə müvafiq olaraq Meksika və Avstriyanın Dövlət himnləri səsləndirilib. Daha sonra Bakı trekini ilk üç pillədə başa vuran pilotlara mükafatlar təqdim edilib.
Azərbaycan Qran-prisinin qalibi “Red Bull” komandasının sürücüsü Serxio Peres olub. Onun komanda yoldaşı Maks Ferstappen ikinci, “Ferrari”dən Şarl Lekler üçüncü yeri tutaraq, podiuma çıxıblar.
Foto: Ehtiram Cəbi
Foto: Ehtiram Cəbi