U-17 Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçilərinin adı açıqlanıb

U-17 Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçilərinin adı açıqlanıb İyunun 24-dən 30-dək Serbiyanın Novi Sad şəhərində təşkil olunacaq U-17 Avropa çempionatında Azərbaycan güləşçiləri də mübarizə aparacaq.
Fərdi
21 İyun , 2024 12:21
U-17 Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçilərinin adı açıqlanıb

İyunun 24-dən 30-dək Serbiyanın Novi Sad şəhərində təşkil olunacaq U-17 Avropa çempionatında Azərbaycan güləşçiləri də mübarizə aparacaqlar.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qitə birinciliyində hər üç güləş növü üzrə millilər iştirak edəcəklər.

Yarışın ilk günlərində böyük məşqçi Taleh İsrafilovla məşqçilər Rasim Ağayev və Elbrus Məmmədovun rəhbərliyi altında yunan-Roma güləşçilərimiz gücünü sınayacaq. Heyətdə Nicat İsgəndərli (45 kq), Əmrah Əmrahov (48 kq), Turan Daşdəmirov (51 kq), Əli Nəzərov (55 kq), Ayxan Cavadov (60 kq), İspəndiyar İmanov (65 kq), Yusif Əhmədli (71 kq), Orxan Hacıyev (80 kq), Səid Paşayev (92 kq) və Mikayıl İsmayılov (110 kq) yer alıb.

Daha sonra qızlar mübarizəyə qoşulacaq. Böyük məşqçi Rövşən Umudovla məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında Nəzrin Əhmədli (40 kq), İlkanə Bayramova (46 kq), Esra Məmmədli (49 kq), Fatimə Bayramova (53 kq), Fidan Babayeva (57 kq), Günay Qurbanova (61 kq) və Zəhra Kərimzadə (69 kq) Avropa çempionatında çıxış edəcək.

Turnirə sərbəst güləşçilər yekun vuracaq. Böyük məşqçi Əsgərxan Novruzov və məşqçilər Rövşən Hacıyevlə Vahid Məmmədovun rəhbərliyi altında Fəqan Fətiyev (45 kq), Hacıhüseyn Əhmədzadə (48 kq), Muhamməd İsmayılov (51 kq), Hüseyn Hüseynov (55 kq), Hüseyn İsmayılov (60 kq), İsa Yusibov (65 kq), Qəzənfər Kazımlı (71 kq), Məhəmməd Abbaszadə (80 kq), Fərhad Süleymanlı (92 kq) və İsmayıl Kərimov (110 kq) uğur qazanmağa çalışacaq.

İlk görüşlər hər gün, Bakı vaxtı ilə 12:30-da, medallar uğrunda qarşılaşmalar isə 20:00-da başlayacaq.

Avropa çempionatında I-S kateqoriyalı hakim Sədi Quliyev və I kateqoriyalı referi Zaur Şərifov ədaləti qoruyacaq.

Son xəbərlər

Orphus sistemi