Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlardan kənarlaşdırılmaları ilə bağlı fikirlərini bölüşüb.
"Report"un məlumatına görə, almaniyalı funksioner idman yarışlarının bu iki ölkənin ərazisində keçirilməməsinin vacibliyini dilə gətirib. Bax bildirib ki, olimpiya hərəkatının təşkil etdiyi yarışların heç birində onların milli və dövlət simvolları olmamalıdır.
"Biz olimpiya həmrəyliyinin pozulmasına cavabdeh olan insanların və təşkilatların ifşasını davam etdirəcəyik. İdmanın siyasiləşdirilməsinin siyasi neytrallıq tələb edən Olimpiya Xartiyasına zidd olduğuna dair ucuz arqumentlərin tələsinə düşməyəcəyik. Olimpiya həmrəyliyini siyasi vasitələrlə bu cür kobud formada pozanlar siyasi cəhətdən motivasiyalı şəxs kimi gələcək nəticələri mühakimə edə bilməz", - deyə o vurğulayıb.