Tokio-2020: ABŞ millisi medal sayında və əyarında qalib olub

Tokio-2020: ABŞ millisi medal sayında və əyarında qalib olub Tokio-2020 Yay Olimpiya Oyunlarında medal sayında və əyarında qalib müəyyənləşib.
Fərdi
8 Avqust , 2021 11:18
Tokio-2020: ABŞ millisi medal sayında və əyarında qalib olub

Tokio-2020 Yay Olimpiya Oyunlarında medal sayında və əyarında qalib müəyyənləşib.

"Report"un məlumatına görə, yarışı 113 medalla (39 qızıl, 41 gümüş, 33 bürünc) başa vuran ABŞ yığması hər iki göstəricidə birinci olub.

Olimpiadada 38 qızıl, 32 gümüş və 18 bürünc medal əldə edən Çin yığması 2-ci olub.

Medal əyarında 3-cü yeri 27 "qızıl", 14 "gümüş" və 17 "bürünc"lə Yaponiya, medal sayına görə isə Rusiya Olimpiya Komitəsi (70 medal) tutub.

Son xəbərlər

Orphus sistemi