Paris-2024: Azərbaycan sablyaçısı 1/8 finalda mübarizəni dayandırıb - YENİLƏNİB

Paris-2024: Azərbaycan sablyaçısı 1/8 finalda mübarizəni dayandırıb - YENİLƏNİB Azərbaycanın qılıncoynadanı Anna Başta Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının 1/16 mərhələsindən mübarizəyə qoşulub.
Fərdi
29 İyul , 2024 16:20
Paris-2024: Azərbaycan sablyaçısı 1/8 finalda mübarizəni dayandırıb - YENİLƏNİB

Azərbaycan qılıncoynadanı Anna Başta Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

"Report"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, sablya növündə yarışan təmsilçimiz 1/8 finalda Olqa Xarlanla qarşılaşıb.

İdmançımız olimpiya çempionu, dəfələrlə dünya və Avropa çempionu olan təcrübəli rəqibinə 6:15 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

13:01

Azərbaycan qılıncoynadanı Anna Başta Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında 1/16 final mərhələsindən mübarizəyə qoşulub.

"Report"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, sablya növündə yarışan təmsilçimiz Yanq Henqyu ilə (Çin) qarşılaşıb.

Görüş idmançımızın 15:9 hesablı qələbəsi ilə yekunlaşıb. A.Başta 1/8 finalda ukraynalı Olqa Xarlanla üz-üzə gələcək. Bu görüş Bakı vaxtı ilə 16:05-də başlayacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi