Azərbaycanın üç para-cüdoçusu Tokio-2020-nin finalına vəsiqə qazanıb

Azərbaycanın üç para-cüdoçusu Tokio-2020-nin finalına vəsiqə qazanıb Tokio-2020 Yay Paralimpiya Oyunlarında kişilər arasında -81kq çəki dərəcəsində mübarizə aparan para-cüdoçumuz Hüseyn Rəhimli ilk görüşündə britaniyalı rəqibinə qalib gələrək yarımfinala vəsiqə qazanıb.
Fərdi
28 Avqust , 2021 08:00
Azərbaycanın üç para-cüdoçusu Tokio-2020-nin finalına vəsiqə qazanıb

Tokio-2020 Yay Paralimpiya Oyunlarında qadınlar arasında 63 kq çəki dərəcəsində mübarizə aparan para-cüdoçumuz Xanım Hüseynova yarımfinalda çinli rəqibi Yue Wang'a qalib gələrək finala vəsiqə qazanıb.

Bu barədə “Report” Azərbaycan Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir.

Qeyd edək ki, daha əvvəl Tokio-2020 Yay Paralimpiya Oyunlarında kişilər arasında (81kq) çəki dərəcəsində mübarizə aparan para-cüdoçumuz Hüseyn Rəhimli yarımfinalda koreyalı rəqibi Lee'yə qalib gələrək finala vəsiqə qazanıb.

Qadınlar arasında -57 kq çəki dərəcəsində mübarizə aparan para-cüdoçumuz Sevda Vəliyeva yarımfinalda türkiyəli rəqibi Zeynep Çelik'ə qalib gələrək finala vəsiqə qazanıb.

07:25

Tokio-2020 Yay Paralimpiya Oyunlarında kişilər arasında (81kq) çəki dərəcəsində mübarizə aparan para-cüdoçumuz Hüseyn Rəhimli yarımfinalda koreyalı rəqibi Lee'yə qalib gələrək finala vəsiqə qazanıb.

Bu barədə “Report” Azərbaycan Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir.

Qadınlar arasında -57 kq çəki dərəcəsində mübarizə aparan para-cüdoçumuz Sevda Vəliyeva yarımfinalda türkiyəli rəqibi Zeynep Çelik'ə qalib gələrək finala vəsiqə qazanıb.

Eyni zamanda 63 kq çəki dərəcəsində mübarizə aparan para-cüdoçumuz Xanım Hüseynova ilk görüşündə yapon rəqibindən üstün olaraq yarımfinala vəsiqə qazanıb. Xanım Hüseynova yarımfinalda çinli rəqibi Yue Wang ilə qarşılaşacaq.

06:35

Tokio-2020 Yay Paralimpiya Oyunlarında kişilər arasında (81kq) çəki dərəcəsində mübarizə aparan para-cüdoçumuz Hüseyn Rəhimli ilk görüşündə britaniyalı rəqibinə qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Bu barədə “Report” Azərbaycan Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir.

Qeyd edək ki, Hüseyn Rəhimli növbəti görüşündə koreyalı rəqibi Lee ilə qarşılaşacaq.

Qadınlar arasında 57 kq çəki dərəcəsində mübarizə aparan para-cüdoçumuz Sevda Vəliyeva da ilk görüşündə qazaxıstanlı rəqibinə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Sevda Vəliyeva yarımfinalda türkiyəli rəqibi Zeynep Çelik ilə qarşılaşacaq.

Eyni zamanda 63 kq çəki dərəcəsində mübarizə aparan para-cüdoçumuz Xanım Hüseynova ilk görüşündə yapon rəqibindən üstün olaraq yarımfinala vəsiqə qazanıb. Xanım Hüseynova yarımfinalda çinli rəqibi Yue Wang ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi