İmişlidə cüdo təlim mərkəzinin açılışı olub
Fərdi
- 25 sentyabr, 2025
- 13:41
İmişli şəhəriində cüdo təlim mərkəzinin açılışı olub.
"Report"un Muğan bürosunun məlumatına görə, açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Açılışdan sonra qonaqlar mərkəzdə yaradılan şəraitlə tanış olublar. Qeyd olunub ki, mərkəz tatamilərlə təchiz olunub, fiziki hazırlıq zonası isə cüdoçuların inkişafı üçün zəruri avadanlıqlarla təmin edilib.
Binada həmçinin gözləmə zalı, məşqçi və paltardəyişmə otaqları mövcuddur. Mərkəzin ətrafında geniş abadlıq işləri aparılıb, ümumi şərait idmançıların rahat və təhlükəsiz məşq etməsi üçün tam təmin olunub.
Eyni zamanda, mərkəz müasir istilik və işıqlandırma sistemi ilə təchiz edilib.
Son xəbərlər
03:46
Fransa və ABŞ astronavtları BKS-dən kosmosa çıxıblar
Digər ölkələr03:19
ABŞ İranın hərbi hədəflərinə zərbələri başa çatdırıb - YENİLƏNİB
Digər ölkələr02:59
ABŞ-nin energetika naziri neft sazişi danışıqları üçün Venesuelaya gedəcək
Digər ölkələr02:40
Goranboyda yanğın baş verib
Hadisə02:22
Bu gün Yasamal və Nərimanov rayonlarının bir sıra ərazilərində işıq olmayacaq
Energetika01:58
ABŞ İranın cənub-qərbindəki Əhvaz bölgəsinə zərbə endirib
Region01:31
Zelenski: Ukrayna Rusiyanın hava məkanının bloklanması kampaniyasına başlayır
Digər ölkələr01:01
Rusiya Prezidenti regionda sülhün Ermənistan üçün müsbət cəhətlərindən danışıb
Region00:50