III MDB Oyunları: Azərbaycanın qadın boksçuları turniri 9 medalla başa vurublar
Fərdi
- 04 oktyabr, 2025
- 17:15
III MDB Oyunları çərçivəsində Yevlax Olimpiya İdman Kompleksində boks yarışlarında final döyüşləri keçirilib.
"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, Azərbaycan boksçusu Gülər Hüseynova (48 kq) rusiyalı Darya Qavrinaya qalib gələrək qızıl medala sahib çıxıb.
Aysel Fərəcova (46 kq), Əminə Tağı (50 kq), Cəmilə Muradlı (54 kq), Aynur İsmayılova (60 kq) və Fidan Bakarova (63 kq) finalda rəqiblərinə uduzub və ikinci yerlə kifayətləniblər.
Aylin Nəzərova (46 kq), Zəhra Məmmədova (52 kq) və Mirrüqeyya Azərpur (57 kq) bürünc medallar qazanıblar.
Beləliklə, Azərbaycanın qadın boksçuları turniri 1 qızıl, 5 gümüş və 3 bürünc medalla başa vurublar.
Qeyd edək ki, boks üzrə yarışlar oktyabrın 5-də yekunlaşacaq.
Son xəbərlər
09:48
Azərbaycan neftinin qiyməti 70 dolları ötüb
Energetika09:47
Nazirlər Kabineti mülkiyyət hüquqların dövlət qeydiyyatı barədə qərar verib
İnfrastruktur09:47
Azərbaycanlı voleybol hakimi Çempionlar Liqasının oyununu idarə edəcək
Komanda09:43
Göygöldə məktəbdə zəhərlənən 10 şagird xəstəxanadan evə buraxılıb
Hadisə09:43
Novruza özəl yeni "Uduş xonçası" lotereyası satışa çıxıb
Biznes09:40
Krasnodara dron hücumu nəticəsində İlski NEZ-də yanğın olub
Region09:35
XXV Qış Olimpiya Oyunlarında növbəti yarışlar baş tutacaq
Fərdi09:32
Özbəkistan Prezidenti ABŞ-yə işgüzar səfər edəcək
Digər ölkələr09:25