İdman Araşdırmalar Mərkəzi ilin qaliblərini açıqlayıb

İdman Araşdırmalar Mərkəzi ilin qaliblərini açıqlayıb İdman Araşdırmalar Mərkəzinin (İAM) "İlin Qalibləri - 2022" layihəsi üzrə "Qızıl onluq" adlı mükafatlandırma mərasimi keçirilib.
Fərdi
21 Dekabr , 2022 15:00
İdman Araşdırmalar Mərkəzi ilin qaliblərini açıqlayıb

İdman Araşdırmalar Mərkəzinin (İAM) "İlin Qalibləri - 2022" layihəsi üzrə "Qızıl onluq" adlı mükafatlandırma mərasimi keçirilib.

"Report"un məlumatına görə, "Sahil" hotelində təşkil olunmuş tədbirdə müxtəlif nominasiyalar üzrə 54 KİV-i təmsil edən idman jurnalistləri arasındakı sorğunun nəticələri açıqlanıb.

Eyni zamanda, İAM-ın xüsusi mükafatları təqdim edilib.

Qaliblər bunlardır:

Nominasiyalar üzrə

İlin İdman Xadimi - Fərid Qayıbov (Gənclər və idman naziri)
İlin Əcnəbi Futbolçusu - Kadi Borges ("Qarabağ")
İlin Futbolçusu - Emin Mahmudov ("Neftçi")
İlin İdmançısı - Eldəniz Əzizli (Yunan-Roma güləşçisi), Gövhər Beydullayeva (şahmatçı - qadınlar arasında)
İlin Komandası - "Qarabağ", minifutbol üzrə Azərbaycan yığması (milli komandalar arasında)
İlin Məşqçisi - Qurban Qurbanov ("Qarabağ")
İlin İdman Yarışı - Yunan-Roma güləşi üzrə Dünya Kuboku

Xüsusi mükafatlar
Kütləvi idman baxımından İlin Fəal Federasiyası - Azərbaycan Minifutbol Federasiyası
"İlin Qalibləri" layihəsinə daimi dəstək verdiklərinə görə Etibarlı Tərəfdaş - "Report" İnformasiya Agentliyi, "IlAzero" geyim brendi

Qeyd edək ki, "İlin Qalibləri - 2022" layihəsinin baş sponsoru "Azfar Group", sponsoru "IlAzero", təşkilati dəstəkçisi Qusar Olimpiya İdman Kompleksi, informasiya dəstəkçisi isə "Report" agentliyidir.

Son xəbərlər

Orphus sistemi