Fransada tennis kompleksinə hücum edilib
Fərdi
- 30 sentyabr, 2024
- 08:26
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Fransanın paytaxtı Parisdə "Rolan Qarros" tennis kompleksinə hücum edilib.
"Report" AFP-yə istinadən xəbər verir ki, hücum edənlər kompleksə daxil olub, orada bir neçə ofisin qapısını sındırıblar.
Nəticədə 11 min avro nağd pul və 20 min avro dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Fransa Tennis Federasiyası polisin hazırda oğurluq faktını araşdırdığını açıqlayıb.
Qeyd edək ki, Böyük Dəbilqə turnirlərindən biri olan Fransa Açıq çempionatı hər il "Rolan Qarros"un ərazisində keçirilir.
Son xəbərlər
01:18
İsxak Hersoq İsrailin baş naziri postuna namizədin adını açıqlayacaq
Digər ölkələr
01:08
Məkkə sazişinə dair qanun layihəsi TBMM-də təsdiqlənib
Region
00:52
Serbiya RSK parlament seçkilərinin nəticələrini təsdiqləyib
Digər ölkələr
00:10
Zelenski: Ukrayna ABŞ-nin vəd etdiyi 16 milyard dollarlıq yardımı almayıb
Digər ölkələr
00:04
ABŞ Kubaya qarşı sanksiyaları genişləndirib
Digər ölkələr
00:00
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
Fərdi
23:52
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
Hadisə
23:38
Fransada etirazlar zamanı 448 nəfər saxlanılıb - Yenilənib-2
Region
23:33
SEPAH: Qeşm adasında ABŞ PUA-sı ələ keçirilib
Region